B U D A D Ä R

buduq məscidi barədə

Buduq məscidi haqqında

Dağ zonasında əhalisi gur olan bir kənd idi bu kənd. Zamanında bu kənddə 3000 (üç min) nəfərdən çox adam yaşayırdı bu kənddə. Kənd 4 iri məhəlləyə bölünmüşdü. Əhalinin başı işə o dərəcədə qarışmışdı ki, bir məhəllədə yaşayan gənc digər məhəllədə yaşayanı tanımırdı. Hər məhəllənin öz dəmirçi dükanı, pinəçisi, dəllək dükanı, məscidi, əfəndisi, mollası və s vardı. 1890-cı ildə kənd ağsaqqalları yeni məscid tikintisini qərara alırlar. 1890-1893-cü illərdə usta İsmayıl tərəfindən böyük bir məscid inşa edilir. Hörgü üçün daş kəndin yaxınlığındakı Kʹeççi dağından,padıddan olan tir və sütunlar Gümür kəndi yaxınlıqdakı meşədən, digər ağac materialı Küsnətqazma yaxınlığındakı Yarımyaylaq meşəsindən öküzlərlə daşınır. Məscid 1937-ci ilə kimi tam fəaliyyət göstərir. Repressiya dalğası bu kənddən də yan keçmədi. Bütün əfəndiləri sürgün etdilər, məscidləri taxıl anbarına çevirdilər. Repressiya və 1941-45-ci illər müharibəsinin zərbindən bu kənd də əhalisi sürətlə arana köç etdi. Bütün məhəllələr boşaldı, dükanlar, məscidlər söküldü. 60-80-ci illərdə bu məscidin yerində mövcud olmuş məscid binası sovxozun əsas anbarına çevrildi. Ət, yun, yağ, pendir, mal və qoyun dərisi, duz, taxıl və s. bu anbarda saxlanılırdı. Baxımsızlıq və laqeydlik üzündən bu bina da yavaş-yavaş dağılmağa başladı. XX əsrin 90-cı illərində (məscidin inşasından 100 il sonra) kənd sakini mərhum S.Davidovun xeyirxah təşəbbüsü ilə həmin iri məscid binasının bir hissəsində təmir və bərpa işləri aparılaraq bu balaca bina ərsəyə gəldi. Amma məscid kimi tam təmir olunmadı, işlər yarımçıq qaldı. Eh, nə isə...