You are here
Buduq Dili
Buduq Dili
Buduq dili Azərbaycan Respublikasının Quba, Xaçmaz, Qusar və s. rayonlarında işlənir. Əsasən buduqluların kompakt yaşadığı Buduq, Yalavanc, Dağüstü, Dəliqaya kəndlərində bu dildən istifadə olunur. "Buduq" əsas kəndin adıdır və kəndin sakinləri özlərini "Budad" adlanırlar, mənası "budlu"deməkdir. Kəndlərini isə "Buduq" deyil, sadəcə "kum" (kənd) adlandırırlar. Bu əlamət Qədim Şumerlərin əlamətinə bənzəyir. Şumerlər yaşadıqları ərazini sadəcə "kalam" (ölkə) adlandırırdılar. Buduqlular zeyidlini “zixhiyäd”, qarxunlunu “qʹarqʹancäd”, küsnətlini “kısnätad”, cəklini “cägad”, haputlunu “ħaputad” və s formada adlandırır. Buduqlular öz dilini "Budano mez" adlanırlar. İndiki zamanda, buduqlu ailələrin əksəriyyəti Azərbaycanın Quba, Xaçmaz, Qusar, Şabran və digər rayonlarda, eləcə də Bakı, Sumqayıt və s. şəhərlərində yaşayırlar. Onlar Azərbaycan ədəbi dilinin keçirlər və onların dilini itirir. Buduq dili Qrız dilinə çox yaxındır. Təxminən 15-20 min nəfər buduqlu var. Bunların böyük əksəriyyəti buduq dilini başa düşsə də, həmin dildə danışa bilmir. 1969-cu ildə min nəfər ( Deşeriyevin yazdığna görə) danışmışdır. Lakin indiki zamanda (2016-cı ildə) 600-dən az buduqlu ana dilində danışır və dil daşıyanların əksiriyyəti 50 yaşdan yuxarıdır.
Copyright © 2023, BUDADÄR