“Qafqazinfo” xəbər verir ki, “İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan layihədə Azərbaycan, ABŞ, Kanada, Türkiyə, Niderland, Almaniya, Fransa, Ukrayna, İspaniya, İtaliya, Litva, Misir və digər ölkələrdə yaşayan 45 soydaşımız iştirak edib.
Onlar Şəmistan Əlizamanlının ifa etdiyi “Əsgər marşı” əsərini (musiqisi Yaşar Baxışın, sözləri Cəlal Qurbanovundur) xüsusi jestlərlə izləyicilərin diqqətinə çatdırıblar. Süjetdə Prezident, Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır!” bəyanatını səsləndirdiyi, Azərbaycan Ordusunun şücaətini əks etdirən kadrlar yer alıb. Bununla da həmvətənlərimiz müstəqil Azərbaycan dövlətini dəstəklədiklərini və Vətənin hər uğurundan qürur duyduqlarını nümayiş etdiriblər.
Niderland–Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü, “Beynəlxalq Azərbaycan Xanımları Klubunun” rəhbəri Kəmalə Ceylinova layihənin ərsəyə gəlməsində iştirakı olan hər kəsə dərin minnətdarlığını bildirib.