Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, deputat Səttar Möhbalıyev Əfv Məsələləri Komissiyasının üzvlüyündən çıxarıldıqdan sonra diqqət mərkəzinə gəlib.
HİT.Az Yenisabah.az-a istinadla xəbər verir ki, bu məsələdə itimai rəyin məxsusi olaraq AHİK sədrinə fokuslaşması onun Prezidentin keçmiş köməkçisi Əli Həsənovla qohumluq əlaqələri ilə bağlıdır. Səttar Möhbalıyev Prezidentin keçmiş köməkçisinin qudasıdır.
O həm də Ramiz Mehdiyev-Əli Həsənov tandeminin həyata keçirdiyi bir çox qaranlıq “layihələr”in icraçısı kimi tanınıb. Bunun ən bariz nümunəsi Elmi Arterioloji Mərkəzlə bağlı qalmaqaldır.
2005-c ildə qəfildən gündəmə bomba kimi düşən bu olayda icraçı məhz Səttar Möhbalıyev idi. Həmin vaxt Elmi Arterioloji Mərkəzin rəhbəri professor Eldar Abbasov idi. O, həyəcan təbili çalaraq Mərkəzin söküləcəyini bildirirdi. Bu işin başında isə həmin vaxt Prezidenti Administrasiyasının rəhbəri, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti olan Ramiz Mehdiyevin dayandığı iddia edilirdi. Mediada yayılan məlumatlarda qeyd edilirdi ki, AMEA prezidentinin yaxın çevrəsinə daxil olduğu deyilən “Bəy Mamed” ləqəbli iş adamı Məhəmməd İsmayılovu önə verərək onun vasitəsilə Elmi Arterioloji Mərkəzi ələ keçirmək niyyətindədir. Kifayət qədər nüfuzlu tibb işçisi olan, hətta mərhum Prezident Heydər Əliyevin şəxsən tanıdığı Eldar Abbasov isə Elmi Arterioloji Mərkəzin oynaq xəstəliklərinin müalicəsi üçün yeganə mükəmməl tibb olcağı olduğunu əsas gətirərək var gücü ilə buna mane olurdu.
Elmi Arterioloji Mərkəzin söküləcəyi barədə məlumatlar ciddi ictimai etiraz doğruduğundan sonradan Ramiz Mehdiyev taktikanı dəyişdi. Dövriyyəyə Səttar Möhbalıyev girdi. O AHİK sədri olaraq mətbuat konfransı keçirib Mərkəzin sədri olduğu quruma məxsus olduğunu, Eldar Abbasovun oranı guya qanunsuz ələ keçirdiyi barədə açıqlamalar verdi.
Beləliklə, bu dəfə Elmi Arterioloji Mərkəzə Səttar Möhbalıyevin vasitəsilə əl qoyuldu. Bu qalmaqal 2006-cı ilə qədər davam etdi. Həmin il isə Eldar Abbasov güclü təzyiqlərə tab gətirməyərək geri çəkildi. Elmi Arterioloji Mərkəz Ramiz Mehdiyevin əlinə keçdi və yerlə-yeksan edilərək yerində obyek inşa edildi.